sir-sifəti dəyişmək (üzündən tanımamaq)

to change countenance измениться в лице
sir-sifəti dəyişdi (təəccübdən, pərtlikdən)
Sir-sifətindən ölülər hürkür.
OBASTAN VİKİ
Sir (Urmiya)
Sir (fars. سير‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (32 ailə).
Sir Chloe
Sir Chloe — Vermontdan olan amerikan indi-rok qrupu. Üzvləri Dana Fut, Teddi O'Miara, Palmer Fut və Ostin Holmsdur. Qrupun, "Michelle" mahnısı TikTok sosial şəbəkəsində viral olduqdan sonra geniş populyarlıq qazandı.
Sir Halevin
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əfsanədən biridir. "Sir Halevin" novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır.
Sir nahiyəsi
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Sir Bani Yas
Sir Bani Yas adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Ölkənin cənub-qərbində yerləşir. Əbu-Dabidən 250 km aralıda yerləşir. Sir Bani Yas adasının sahəsi 87 km²-dir. Ən iri yaşayış məntəqələri: Zar və Dasa. Adanın ərazisi əasən düzənlikdir. Ən hündür nöqtəsi 131 metrlik Karn Bu Naydar dağıdır.
Sir Əbu Nuayr
Sir Əbu Nuayr adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Şarja əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi sahilindən 65 km, Əbu-Dabi şəhərindən 80 km şimalda, Dubaydan isə 103 km qərbdə yerləşir. Şarja əmirliyinə daxildir. Sir Əbu Nuayr adası öz növbəsində bir dairəni xatırladır. Adanın diametri 4 km-dir. Daha dəqiq olaraq isə sanki bir damladır. Maqmatik dağ suxurlarından və qumdan təşkil olunmuşdur. Adanın cənub-şərqində kiçik havan və hava limanı vardır.
Sir-Bani-Yas
Sir Bani Yas adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Ölkənin cənub-qərbində yerləşir. Əbu-Dabidən 250 km aralıda yerləşir. Sir Bani Yas adasının sahəsi 87 km²-dir. Ən iri yaşayış məntəqələri: Zar və Dasa. Adanın ərazisi əasən düzənlikdir. Ən hündür nöqtəsi 131 metrlik Karn Bu Naydar dağıdır.
Astarı üzündən baha (film, 1986)
Kilsə-i Sir (Urmiya)
Kilsə-i Sir (fars. کلیسای سیر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (10 ailə).
Sen-Sir-an-Arti
Sen-Sir-an-Arti (fr. Saint-Cyr-en-Arthies) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 226 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 60 km şimal-qərb, Serji bələdiyyənin 28 km şimal-qərbdə yerləşir.
Sen-Sir-syur-Manton
Sen-Sir-syur-Manton (fr. Saint-Cyr-sur-Menthon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. [Pon-de-Vel (kanton)|Pon-de-Vel]] kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01343. 2010-ci ildə əhalinin sayı 1636 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1049 nəfər (15-64 yaş arasında) 840 nəfər iqtisadi cəhətdən fəal, 209 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80,1%, 1999-cu ildə 75.7%). Fəal 840 sakindən 797 nəfər (406 kişi və 391 qadın) işləyir, 43 nəfər işsizdir (21 kişi və 22 qadın). 209 hərəkətsiz 75 nəfər arasında şagird və ya tələbə, 90 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.